|
|
|
| Bazar, 20.05.2012, 05:01 (GMT+5) |
|
|
Azərbaycan şeiri Oksfordda səsləndi Bazar e., 14.05.2012, 23:47 |
 Xalq şairi Sabir Rüstəmxanlı may ayının 8-9-da
Oksford Universitetinin dəvəti ilə bu dünyaca ünlü təhsil ocağında olub və
uluslararası şeir və musiqi festivalında çıxış edib.
Festival mayın 8–də
Universitetin məşhur «Musiqi Salonu»nda açılıb. Bu salonun musiqi tarixində
yeri ona görə böyükdür ki, vaxtilə orada Avropanın ən böyük bəstəkarları
müəllif konsert vermişlər. Bu dəfə isə tarixi salon Şərq-Qərb musiqisi və
sözünün qovşaq nöqtəsi və ya dialoq meydanıydı.
Gecənin birinci hissəsində
yeri musiqiçilərlə bərabər Türkiyədən, Türkmənistandan, Rusiyadan gələn
sənətkarların ifaları səslənib. Pianoçular Dünya Nurməmmədovanın, Maral
Yaxşiyevanın, Türkmənistanı təmsil edən, əslən Güney Azərbaycandan olan Həsən
Məmmədovun, teremin ustası, moskvalı Lidiya Kovinanın repertuarında Avropa və
Asiya musiqisinin gözəl bir dialoqu yaranıb. |
|
|
|
|